...

Rusiyanın Federal Miqrasiya Xidmətinin direktor müavini: "İşləmək üçün icazə əldə edən miqrantların sayı üç dəfə artıb"

Dünya xəbərləri Materials 27 Sentyabr 2007 16:46 (UTC +04:00)

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / RF-nin 2007-ci ilin əvvəlinə miqrasiya ilə bağlı yeni qanunvericiliyin qüvvəyə mindikdən sonra 1,6 mln. miqranta işləmək üçün icazə verilib, 5 milyon əcnəbi isə, miqrasiya qeydiyyatından keçib. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin direktor müavini Vyaçeslav Postavnin Moskvada "Miqrasiya proseslərinini idarəedilməsi ilə bağlı aktual problemlər" konfransında bildirib.

FMX-in direktor müavini məlumat verib ki, bu göstəricilər ötən ilin analoji dövrünün statistik rəqəmlərindən çoxdur, bu da RF-nin miqrasiya qanunvericiliyinin dəyişilməsinin düzgün addım olmasını, yeni miqrasiya siyasətində seçilən yolun düzgünlüyünü göstərir. O əmindir ki, dünyanın digər ölkələri miqrasiya proseslərinin tənzimlənməsi sahəsində RF-nin təcrübəsindən yararlanırlar. O, həmçinin qeyd edib ki, Rusiya ABŞ-dan sonra Avropa ilə birlikdə, miqranlar üçün cəlbedici ərazi olması baxımından, üçüncü-dördüncü yerləri tutur.

"Ümumiyyətlə, dünyada 200 mln. miqrant mövcuddur və miqrantlar tərəfindən yalnız rəsmi bank strukturları vasitəsilə həyata keçirilən pul köçürmələri 400 mlrd. ABŞ dolları təşkil edib. Lakin miqrasiya proseslərinin lazımi şəkildə nizamlanması ilə real proqnozlar üzrə beynəlxalq ÜDM iki dəfə arta və 17 trln. dollar təşkil edə bilər" - deyə Postavnin bildirib.

Postavnin onu da qeyd edib ki, Rusiyaya xarici işçi qüvvəsinin təşkil olunmuş şəkildə cəlb edilməsi ilə bağlı konsepsiya işlənib hazırlanma mərhələsindədir. Onun sözlərinə görə, yeni miqrasiya qanunvericiliyinin həyata keçirilməsi zamanı bir sıra problemlər aşkarlanıb, ən böyük problem isə, xarici işçi qüvvəsinin əksəriyyətinin qeyri-qanuni miqrantlar olmasıdır. Onun sözlərinə görə, bu, gizli iqtisadiyyatın və cinayətkar biznesin inkişafına gətirib çıxarır, miqrantların tam tibbi müayinədən keçməsininə mane olur, bu işdə hüquq-mühafizə orqanlarının və FMX-nin məsuliyyətsiz əməkdaşları günahkardır" - deyə Rusiyanın Federal Miqrasiya Xidmətinin direktor müavini bildirib.

Xəbər lenti

Xəbər lenti