...

Gürcü politoloqu: " Gürcüstan Rusiya ilə mübarizədə "sudan quru çıxmağı" öyrənməlidir"

Dünya xəbərləri Materials 27 Sentyabr 2007 19:19 (UTC +04:00)
Gürcü politoloqu: " Gürcüstan Rusiya ilə mübarizədə  "sudan quru çıxmağı" öyrənməlidir"

Gürcüstan, Tiflis/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Qərblə əlaqələri qaydaya salana qədər Gürcüstana təyziq gsöstərməkdən əl çəkməyəcək.

"Rusiya və ABŞ-da seçkilər keçirilənə qədər Rusiya Gürcüstana təyziqdən əl çəkməycək",-deyə gürcü politoloqu, Gürcüstanın eks prezidenti Şevarnadzenin mətbuat katibi Ramaz Sakvarelidze bildirib.

Gürcü və osetin separatçıları arasında baş verən dünənki atışmanı şərh edərkən Sakvarelidze bəyan edib ki: "Hadisə birbaşa olaraq xüsusi işlər üzrə Rusiya səfiri Yuri Papovun Gürcüstana SKK-nın iclasına hazırlıq üçün səfəri ilə əlaqədardır".

Politoloqun sözlərinə görə, əsas odur ki, Gürcüstan Rusiyanın təxribat və təyziqlərindən minimum zərər çəkmək üçün "sudan quru çıxmağı" öyrənsin.

Gürcülar maksimalizmlə xarakterizə olunurlar. Yalnız biz rusiyalı diplomatın qeyri - diplomatik fikirlərinə bu cür qeyri- adekvat reaksiya göstərə bilərik. Eyni zamanda, təqribən ölkə kapitalının yarısı Rusiyanın əlindədir",-deyə o söyləyib. Politoloq münaqişə zonasındakı atışmanı vəziyyətin kəskinləşməsinə növbəti cəhd kimi qiymətləndirib.

Gürcüstan və Rusiya arasındakı gərginliyi çələngə bənzədən Sakvarelidze "Güllərin Rusiya və Gürcüstan səfirlərinin nəzakətsizliyi, xarici əlaqələrdə nazirlərin RF və Gürcüstan xariici işlər nazirləri Sergey Lavrov v ə Gela Bejuaşvili əlaqələrindəki problemlər, Gürcü-osetin münaqişə zonasında dövri atışmalar, Abxaziyada hərbi gərginliyin olduğu"nu qeyd edib.

" Biz artıq gərgin həyata alışmışıq və güman ki, hələ uzun müddət sakit yuxuya öyrəşməyəcəyik",-deyə politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti