...

Patriarx Mutafyan ABŞ-ın "erməni soyqırımı" haqqında qətnaməsinin əleyhinə çıxış edib

Dünya xəbərləri Materials 15 Oktyabr 2007 11:40 (UTC +04:00)

Türkiyə, Ankara/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin erməni patriarxı Mesrop Mutafyan bu günlərdə ABŞ Konqresinin nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul olunan "erməni soyqırımı" haqqında qətnamənin əleyhinə çıxış edib. Anadolu agentliyinin məlumatına görə, dini lider qeyd edib ki, qətnamənin qəbulu "bu məsələnin daim daxili siyasi mübarizə amili kimi istifadə olunması" ilə əlaqədardır.

Antalya şəhərinin xristian kilsələrdən birində olarkən, Mutafyan bildirib ki, ABŞ Konqresində bu qanun layihəsinin qəbul olunmasına qarşı bütün mümkün tədbirləri görəcək, belə ki, "bu qanun layihəsi Türkiyə ermənilərinin rəyini əks etdirmir və biz bunun əleyhinəyik".

"Türkiyənin erməni əhalisi qətanmənin qəbulundan narahatdır və mümkün nəticələrdən ehtiyat edir",-deyə o bildirib. Mutafyanın fikrincə, mövcud problemlərin həlli Türkiyə və Ermənistan arasında qarşılıqlı əlaqələrin canlandırılması yolu ilə həyata keçirilməlidir. O, Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın, bu məsələnin tarixçilərin müzakirəsinə verilməsi ilə bağlı, təklifinə Ermənistanın mənfi yanaşmasına təəssüfləndiyini bildirib. "Bu, çox dəyərli təklifdir",- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti