...

Vitse- prezident: "İranda tələbə aksiyaları siyasi xarakter daşımır"(video)

Dünya xəbərləri Materials 30 Oktyabr 2007 15:08 (UTC +04:00)
Vitse- prezident: "İranda tələbə aksiyaları siyasi xarakter daşımır"(video)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranın vitse-prezidenti Məhəmmədcavad Əliəkbəri hesab edir ki, İranda tələbələrin etiraz aksiyaları siyasi mahiyyət daşımır. "Bəzi mətbuat orqanları tələbələrin sosial yönlü aksiyalarını şişirdərək, siyasiləşdirməyə çalışırlar. Keçirilən etirazlar çox cüzi və səraitlərinə aid tələbatlarla bağlı olub", - deyə bu qün "Trendə" Əliəkbəri qeyd edib.

Oktyabr ayında tələbələr Tehranın Politexnik və "Əmir Kəbir" adınauniversitetlərində üç etiraz aksiyası keçirilib. Bəzi yerli və xarici KİV məlumatlarına əsasən, aksiyalarda olan şüarlar siyasi xarakter daşıyıb və ölkədə demokratiyanın bərqərar olması tələb olunub.

Əliəkbəri, hakimiyyətin bu tələblərə qarşı nə tədbirlər görəcəyi barədə şərh vermədi. O, həmçinin, "Təhkim-Vəhdət" tələbə təşkilatının ofisinin möhürlənməsi və bəzi üzvlərinin həbs olunması idə bağlı məlumat verməkdən imtina etdi.

"Təhkim-Vəhdət" tələbə təşkilatının sədri Məhəmməd Haşimi isə, Trend ə çərşənbə axşamı bildirib ki, oktyabrın 7-də Tehran universitetində güclü nəzarət və repressiyalar həyata keçirilib. Haşimi bildirib ki, iki dəfə açıq məktubla prezidentə müraciət etmişik. "Mahmud Əhəmədinejadın prezidentliyi dövründə 550 fəal tələbə universitetin mühafizə orqanlarına çağırılıb, bəziləri müvəqqəti həbs yaxud universitetdən xaric olunub, üç tələbəyə yeddi il həbs cəzası kəsilib. Bundan əlavə,130 tələbə nəşrinin bağlanmasına və "Təhkim-Vəhdət" təşkilatının ofisinin möhürlənməsinə etiraz etmişik".

İsveçdə fəaliyyət göstərən İranlı Fəal Tələbələr Təşkilatının sədri Nəvid Minayi çərşənbə axşamı telefonla Trend ə bildirib ki, bu gün "Əmir Kəbir" universitetində daha bir etiraz aksiyası keçirilib.

Xəbər lenti

Xəbər lenti