...

Senator Bayden Gürcüstana səfərinin nəticələrini ABŞ Senatının xarici əlaqələr üzrə komitəsinə təqdim edəcək

Dünya xəbərləri Materials 18 Avqust 2008 17:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 avqust/ Trend , N.Kirtsxaliya/Amerikalı senator, ABŞ Senatının xarici əlaqələr üzrə komitəsinin rəhbəri Cozef Bayden bazar ertəsi Komitəyə Gürcüstandakı vəziyyət üzrə məruzəni təqdim edəcək. Bu barədə Bayden Vaşinqtona yola düşməzdən əvvəl bəyan edib.

Dünən o, prezident, parlament sədri və Gürcüstanın Baş naziri ilə görüşlər keçirib. Görüşlərin gedişində Gürcüstana qarşı Rusiya təcavüzü məsələsi müzakirə edilib.

"Mən çoxlu material toplamışam və məndə senatdakı həmkarlarıma təqdim ediləsi çox şey var", - Bayden bəyan edib.

O, Gürcüstana prezidentliyə namizəd Barak Obama tərəfindən göndərilib. Seçkilərdə Obama qalib gələcəyi təqdirdə, Bayden vitse-prezident vəzifəsinə real namizəd hesab edilir.

Xəbər lenti

Xəbər lenti