...

Türkiyə hökuməti müxalifətin İraqda bufer zona yaradılması təklifinə baxacaq

Dünya xəbərləri Materials 9 Oktyabr 2008 20:30 (UTC +04:00)

Türkiyə, Ankara, 09 oktyabr/ Trend , müxbir A.Ələsgərov/ Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlet Baxçalı Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsi məqsədilə Şimali İraq ərazisində bufer zonasını yaratmağı təklif edib. їStarї qəzetinin xəbər verdiyi kimi, Baxşalınin rəyinə görə, bu zona terrorçulara öz məqsədlərində dağlıq ərazilərdən istifadə etməyə imkan verməyəcək. MHP-nin lideri bildirib ki, beynəlxalq hüquqla nəzərdə tutulan їisti izlərlə təqibї üçün şərait yaranıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl mətbuat konfransında təsdiqləyib ki, müxalifətdən Şimali İraq ərazisinə qonşu bufer zonasının yaradılması haqqında təklif daxil olub. Hökumət və hərbçilər sabah keçiriləcək terrorizm problemi üzrə müşavirədə bu təklifə baxacaqlar. їZəruri hesab edilərsə, müəyyən addımlar atılacaqї, - Türkiyənin Baş naziri bəyan edib.

Xəbər lenti

Xəbər lenti