...

Daşkənddə ənənəvi  "Böyük İpək yolu ilə turizm" beynəlxalq turizm yarmarkası keçiriləcək

Dünya xəbərləri Materials 14 Oktyabr 2008 21:02 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Oktyabrın 16 - 18 -də Özbəkistanın paytaxtında ənənəvi Daşkənd "Böyük İpək yolu ilə turizm" beynəlxalq turizm yarmarkası keçiriləcək. Yarmarkada qırğız şirkətləri də iştirak edəcək Bu barədə çərşənbə axşamı Trend -un müxbirinə Qırğızıstan Respublikasının Turizm üzrə Dövlət Agentliyinin direktoru Turusbek Mamaşev bildirib.

Qırğızıstanın turizm şirkətləri bu sərgidə üçüncü dəfə iştirak edir. Ölkənin turizm sahəsinin imkanları və potensialı "Qırğızıstan - turizm ölkəsi" vahid milli stenddə təqdim ediləcək.

Mamaşevin sözlərinə görə, Qırğızıstan tədbir iştirakçılarına Mərkəzi Asiya dövlətlərinin vahid turist marşrutları kataloqunu hazırlamağı təklif etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti