İran, Tehran, 28 oktyabr/ Trend , müxbir A.Namdari/ İranın Mədəniyyət Nazirliyi mətbuat bölməsinin sədr müavini Əlirza Məlikyan bildirib ki, İran iki amerikalı Baş redaktoru Tehranda keçiriləcək mətbuat konfransına dəvət edib.
Məlikyan oktyabrın 28 - də Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, Britaniyada nəşr olunan İndependent qəzetinin Baş redaktoru Robert Fisk də dəvət olunanlar sırasındadır.
Trend -un Tehrandakı müxbirinin məlumatına əsasən, Məlikyan amerikalı Baş redaktorların adlarını açıqlamayıb.
İranın paytaxtı Tehranda hər il noyabrın 16 - da bir həftə ərzində mətbuat sərgi- konfransı keçirilir.
Bu il keçiriləcək konfransda Fransanın Lomond qəzetinin Baş redaktoru Erik Rolo, Livanda nəşr oilunan Əl səfir qəzetinin Baş redaktoru Təlal Səlman da iştirak edəcəklər .
İran ABŞ - da fəaliyyət göstərən qəzetlərin Baş redaktorlarını ilk dəfədir Tehrana dəvət edir.