...

Azərbaycan hökumətinin yeni tərkibi təyin edilib

Dünya xəbərləri Materials 31 Oktyabr 2008 20:42 (UTC +04:00)
Azərbaycan hökumətinin yeni tərkibi təyin edilib

Azərbaycan, Bakı, 31 oktyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət başçısının yenidən seçilməsi ilə əlaqədar buraxılmış ölkə hökumətinin yeni tərkibi təsdiq edilib. Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyev ölkə prezidenti seçilib. Oktybarın 28 -də ölkə parlamenti dövlət başçısının təqdimatı üzrə Baş nazir vəzifəsinə Artur Rasizadənin namizədliyini təsdiq edib.

Azərbaycanın yeni hökumətinin tərkibi:

Baş nazirin birinci müavini - Yaqub Eyyubov,

Baş  nazirin müavini  - Elçin Əfəndiyev,

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri - Əli Həsənov,

Baş nazirin müavini - Abid Şərifov,

xarici işlər naziri - Elmar Məmmədyarov,

daxili işlər naziri - Ramil Usubov,

milli təhlükəsizlik naziri - Eldar Mahmudov,

müdafiə naziri - Səfər Əbiyev,

ədliyyə naziri - Fikrət Məmmədov,

müdafiə sənayesi naziri - Yavər Camalov,

maliyyə naziri - Samir Şərifov,

vergilər naziri - Fazil Məmmədov,

iqtisadi inkişaf naziri - Şahin Mustafayev,

fövqəladə hallar naziri - Kəmaləddin Heydərov,

əmək və əhalinin sosial müdafiəsi naziri - Füzuli Ələkbərov,

kənd təsərrüfatı naziri - İsmət Abbasov,

mədəniyyət və turizm naziri - Əbülfəs Qarayev,

təhsil naziri - Misir Mərdanov,

səhiyyə naziri - Oqtay Şirəliyev,

rabitə və informasiya texnologiyaları naziri - Əli Abbasov,

sənaye və energetika naziri - Natiq Əliyev,

gənclər və idman naziri - Azad Rəhimov,

ekologiya və təbii sərvətlər naziri - Hüseynqulu Bağırov,

nəqliyyat naziri  - Ziya Məmmədov.

Buraxılmış hökumətin tərkibində dəyişiklik yalnız əvvəllər Heydər Babayevin tutduğu iqtisadi inkişaf naziri vəzifəsinə toxunub. Yeni nazir Şahin Mustafayev bu vəzifəyə təyin edilənədək vergilər nazirinin müavini, daha əvvəl isə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) vitse - prezidenti vəzifəsini tutub.

Xəbər lenti

Xəbər lenti