...

Almaniyanın keçmiş kansleri Tehranda İranın eks-prezidenti Xatəmi ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 22 Fevral 2009 15:50 (UTC +04:00)

İran, Tehran, 22 fevral/ Trend , müxbir A.Namdari/ Cümə günü İrana səfəri başlayan Almaniyanın keçmiş kansleri Qerxard Şröder Tehranda İranın eks-prezidenti Məhəmməd Xatəmi ilə danışıqlar aparıb.

Danışıqlar bağlı qapılar arxasında keçirilib.

İslam Respublikasına səfəri çərçivəsində Şröder İranın prezidenti Mahmud Əhmədinicatla, parlamentin sədri Əli Laricani ilə və keçmiş prezident Xaşemi Rəfsəncani ilə görüşüb.

"BARAN" Fondunun rəhbəri, eks-prezident Xatemi kanslner Şröder ilə görüşü zamanı bir sıra regional və alman-iran əlaqələrini müzakirə ediblər, Trend -a adının gizli qalmasını istəyən "BARAN" Fondunun yüksək vəzifəli əməkdaşı bildirib.

Xatəmiyə yaxın olan şəxs bildirib ki, görüş dünən axşam baş tutub.

İranın rəsmi KİV Şröderin İranın rəsmi şəxsləri ilə görüşünü təstiqləsələrdə, Xatəmi ilə görüş barədə məlumat verilmir.

Almaniya İrandan nüvəni zənginləşdirmək üzrə proqramını dayandırmağı tələb edən 5+1 ölkələr sırasına dlaxildir.

Qerxard Şröder 1998-ci ilədn 2000-ci ilə dək Almaniyanın kansleri vəzifəsində işləyib.

Xəbər lenti

Xəbər lenti