Uqanda Prezidenti Yoveri Museveni şənbə günü səhər İrana səfər edib. Qonağın şərəfinə Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Bu barədə İranın Prezident Aparatının rəsmi xəbər saytı məlumat yayıb.
Uqanda Prezidenti səfər çərçivəsində İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq. İranın özəl şirkətlərinin Uqandada enerji sahəsində və digər iqtisadi sahələrdə sərmayə yatırması məsələsi müzakirələrin əsas predmetini təşkil edəcək.