Gürcüstan, Tbilisi, 17 noyabr / Trend , müxbir N. Kirtsxalia/
Noyabrın 17-də Tbilisinin "Kordiard Mariott" mehmanxanasında Alman Texniki Cəmiyyətinin (GTZ) təşəbbüsü ilə bu ilin mövzusunu müəyyən edəcək regional seminar keçiriləcək.
Bu ilin mövzusu "Təhlükəsizliyin təkmilləşdirilməsi/inkişafı və inkişafın təmin olunması" olacaqdır.
Seminarda Cənubi Qafqaz ölkələrinin 25 qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Onlar əhalinin Gürcüstan, Ermənistan və Azərbaycanda mövcud olan ədalət məhkəməsinə etibar səviyyəsini və bu sahədə həyata keçirilən islahatları müzakirə edəcəklər.
Seminarın məqsədi - üc Cənubi Qafqaz ölkəsi əhalisinin ədalət mühakiməsinə olan münasibətinin obyektiv mənzərəsini yaratmaq və vəziyyətin daha da yaxşılaşmasına səy göstərməkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]