...

İranda GIS peyk məlumat mərkəzi yaradılır

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:16 (UTC +04:00)
İranın rabitə naziri Rza Təqipur bildirib ki, ölkədə GIS peyk məlumat mərkəzi yaradılır. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İranda GIS peyk məlumat mərkəzi yaradılır

İranın rabitə naziri Rza Təqipur bildirib ki, ölkədə GIS peyk məlumat mərkəzi yaradılır. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Bu mərkəzin yaradılması ölkənin Aerokosmik Təşkilatının layihələrindən biridir və ümid edirəm cari ilin sonunadək bu mərkəz istifadəyə veriləcək", - Təqipur deyib.

Təqipur əlavə edib ki, GIS mərkəzi ölkənin milli peyk məlumat mərkəzi olacaq və bütün təşkilatlar və orqanlar bu mərkəzin məlumatlarından istifadə edə bilərlər.

"Bu texnologiya Fars körfəzində neftdən çirklənmələrin, atmosfer çirklənmələrinin azalmasında və digər sahələrdə mütəxəssislərə yardımçı ola bilər", - Təqipur deyib.

Xəbər lenti

Xəbər lenti