...

MAQATE İranı mühüm faktların gizlədilməsində təqsirləndirən qətnaməni qəbul edib

Dünya xəbərləri Materials 27 Noyabr 2009 16:38 (UTC +04:00)
MAQATE-nin İdarəçilər Şurası cümə günü İranı uranın zənginləşdirilməsi zavodunun yaradılması faktını gizlətməkdə ittiham edən qətnaməni səsə qoyub və layihəni təcili dondurmağı tələb edib.
MAQATE İranı mühüm faktların gizlədilməsində təqsirləndirən qətnaməni qəbul edib

MAQATE-nin İdarəçilər Şurası cümə günü İranı uranın zənginləşdirilməsi zavodunun yaradılması faktını gizlətməkdə ittiham edən qətnaməni səsə qoyub və layihəni təcili dondurmağı tələb edib. Məlumatı Reuters yayıb.

25 nəfər qətnamənin lehinə, 3 nəfər əleyhinə səs verib, 6 nəfər isə bitərəf qalıb. Müraciət Rusiya və Çin tərəfinin cüzi dəstəyi ilə İranın nüvə istehsalının gizli məqamlarına beynəlxalq narazılığı  özündə əks etdirir.

Əgər İran yaxın zamanlarda nüvə silahı ilə bağlı şübhələri aradan qaldırmağı qərara almasa, BMT Təhlükəsizlik Şurasının ("5+1" ölkələri) dəstəyi ilə, Qərb ölkələrinin sanksiyanı Rusiya və Çinin dəstəkləməsində israr etdikləri bu addımın atılacağı məlum deyil.

Xəbər lenti

Xəbər lenti