...

Buşəhrdəki AES-in tikintisinin başa çatması İran xalqı üçün xoş xəbərdir – Atom Enerjisi üzrə Təşkilatın rəhbəri

Dünya xəbərləri Materials 15 Dekabr 2009 14:35 (UTC +04:00)
Buşəhrdəki atom stansiyasında yeni nailiyyətlər İran xalqı üçün xoş xəbərlərdir
Buşəhrdəki AES-in tikintisinin başa çatması İran xalqı üçün xoş xəbərdir – Atom Enerjisi üzrə Təşkilatın rəhbəri

Buşəhrdəki atom stansiyasında yeni nailiyyətlər İran xalqı üçün xoş xəbərlərdir, İranın Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi televiziya ilə canlı efirdə deyib, Mehr agentliyi məlumat verib.

"Onun sözlərinə görə, AES yaxın aylarda istismara veriləcək. Stansiyanın inşasında 2500 rusiyalı ekspert iştirak edir, hazırda onlar sınaq işləri aparırlar", - Salehi deyib.

Buşəhrdəki atom elektrik stansiyasının inşası 1970-ci illərdə Qərbi Almaniya şirkəti tərəfindən başlanıb və 1979-cu ildə İran İslam İnqilabından sonra dayandırılıb. AFR o zaman ABŞ-ın İrana qarşı qoyduğu sanksiyaları dəstəkləyib. 1980-cı ildə İran-İraq müharibəsi zamanı İraq stansiyaya hücum edib. 1990-cı illərin ortalarında Rusiya şirkəti "Atomstroyeksport" stansiyanın tikintisi ilə bağlı İranla müqavilə imzalayıb. Stansiyanın tezliklə istismara verilməsi barədə çoxsaylı vədlərə baxmayaraq, indiyədək tikinti başa çatmayıb.

Buşəhrdəki atom elektrik stansiyasının gücü ildə 1000 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti