...

BMT Təhlükəsizlik Şurasının razılığı olmadan İrana qarşı sanksiyalar qəbul edilməyəcək – Avropa İttifaqı

Dünya xəbərləri Materials 26 Yanvar 2010 18:32 (UTC +04:00)
Avropa İttifaqının XİN rəhbərləri bildiriblər ki, BMT Təhlükəsizlik Şurasının razılığı olmadan onlar İrana qarşı yeni sanksiya qəbul etməyəcəklər.
BMT Təhlükəsizlik Şurasının razılığı olmadan İrana qarşı sanksiyalar qəbul edilməyəcək – Avropa İttifaqı

Avropa İttifaqının XİN rəhbərləri bildiriblər ki, BMT Təhlükəsizlik Şurasının razılığı olmadan onlar İrana qarşı yeni sanksiya qəbul etməyəcəklər. Məlumatı Press TV yayıb.

Avropa İttifaqının XİN rəhbərləri Brüsseldə bazar ertəsi görüş zamanı uzun müddət İranın nüvə proqramını müzakirə ediblər və bildiriblər ki, əgər dünyanın böyük ölkələrindən dəstək alsalar, onlar İrana qarşı istənilən qərarı dəstəkləyəcəklər.

Ola bilsin ki, bu addım İrana qarşı olan məhdudiyyətlərin kəskinləşdirilməsindən imtinaya bir işarədir.

"Sanksiya - bu çıxılmaz vəziyyətdir, buna görə də onlar ehtiyatlı olmalıdırlar", - İsveçin xarici işlər naziri Karl Bildt deyib.

"Bizim hədəfimiz iranlıları masa arxasına dəvət etmək və danışıqlara siyasi cavab tapmaqdır, əgər belə nəticəyə gətirib çıxaracaq sanksiyalar varsa, onlara baxmağa hazıram", - o deyib.

İran Parlamentinin spikeri Əli Laricani bazar günü bildirib ki, İranın nüvə probleminin əhəmiyyətli həlli Qərbin və ABŞ-ın İslam Respublikası ilə "səmimi" danışıqlarından sonra tapıla bilər.

İran bildirir ki, onun nüvə proqramı sülh xarakterlidir və MAQATE-nin nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti