...

İranın Kirman əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 30 Yanvar 2010 11:44 (UTC +04:00)
İranın Kirman əyalətinin cənubunda yerləşən Faryab şəhərində bu gün Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
İranın Kirman əyalətində zəlzələ baş verib

İranın Kirman əyalətinin cənubunda yerləşən Faryab şəhərində bu gün Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 00:20-də baş verdiyini qeydə alıb.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.

Yanvar ayının 27-də Kirman əyalətinin Ravər şəhərində 12 saat ərzində Rixter cədvəli üzrə bir dəfə 4,3, iki dəfə 2,6 bal gücündə zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti