...

İraqda partlayış baş verib, 7 nəfər həlak olub

Dünya xəbərləri Materials 15 Mart 2010 11:19 (UTC +04:00)
Bazar ertəsi İraqın əl-Fəlluca şəhərində avtomobilin partlaması nəticəsində ən azı yeddi nəfər həlak olub. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
İraqda partlayış baş verib, 7 nəfər həlak olub

Bazar ertəsi İraqın əl-Fəlluca şəhərində avtomobilin partlaması nəticəsində ən azı yeddi nəfər həlak olub. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Partlayış Qərbi Ənbər əyalətində İraq ordusunun məntəqəsi yaxınlığında baş verib.

Martın 7-də keçirilmiş Parlament seçkiləri üzrə səslərin hesablanması fonunda İraqda təhlükəsizliklə bağlı vəziyyət gərgin olaraq qalır.

İlkin hesablamalara görə, hazırkı Baş nazir Nuri əl-Malikinin rəhbərlik etdiri İslam Çağırışı Partiyası Bağdadda və şiələrin olduğu məntəqələrdə səs çoxluğu qazanıb. Seçkilərin yekun nəticələri ayın sonunda məlum olacaq.

Xəbər lenti

Xəbər lenti