...

İranın Sepah dəniz qüvvələrinə yeni komandan təyin olunub

Dünya xəbərləri Materials 3 May 2010 14:35 (UTC +04:00)

İranın ali rəhbəri ayətullah Əli Xamneyi İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dəniz qüvvələrinin rəhbəri vəzifəsinə Əli Fədəvini təyin edib. Bu barədə Trend "leader.ir" - İranın ali rəhbərinin rəsmi xəbər saytına istinadən məlumat verir.

Bundan öncə bu vəzifədə general Mürtəza Səffari çalışırdı. Səffari hazırda Sepahın təlim-tədris mərkəzinin rəhbəri vəzifəsində çalışır.

Xəbər lenti

Xəbər lenti