...

İranda sərnişin avtobusu yük maşını ilə toqquşub; ölən və yaralananlar var

Dünya xəbərləri Materials 22 İyun 2010 13:13 (UTC +04:00)
İranın Ərdəbil - Astara magistral yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub - 2 nəfər ölüb, 24 nəfər yaralanıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda sərnişin avtobusu yük maşını ilə toqquşub; ölən və yaralananlar var

İranın Ərdəbil - Astara magistral yolunda sərnişin avtobusu ilə yük maşını toqquşub - 2 nəfər ölüb, 24 nəfər yaralanıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Hadisə magistral yolun üç yolayırıcısında baş verib. Ərdəbil şəhərindən Astar istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşınının arxasına dəyib və ciddi xəsarət alıb.

Yaralılar Ərdəbilin Fatimi xəstəxanasına və Nəmin şəhər xəstəxanasına çatdırlıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Nəqliyyatda 30 sərnişin olub. Avtobus Ərdəbildən Məşhəd şəhərinə ziyarət məqsədilə gedirmiş.

Xəbər lenti

Xəbər lenti