Türkiyə ilə Rusiya arasında vizasız rejim qüvvəyə minib

Çərşənbə axşamı Rusiya ilə Türkiyə arasında hər iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvini nəzərdə tutan sənəd qüvvəyə minib. Bu barədə Türkiyənin "Zaman" qəzetinin saytı məlumat verib.
Sənəd mayın 12-də Rusiya Prezidenti Dmitri Medvedevin Ankaraya rəsmi səfəri zamanı imzalanıb.
Bundan sonra Rusiya vətəndaşları Türkiyə ərazisində 30 günədək müddətdə vizasız gedib-gələ biləcəklər. Əvvəllər onlar Türkiyə ilə sərhəddə 20 dollar dəyərində viza almalı idilər.