...

Ərdoğan türk məktəblərində kürd dilində tədrisin tətbiq olunmasını istisna edir

Dünya xəbərləri Materials 24 Sentyabr 2010 15:19 (UTC +04:00)
Cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk məktəblərində kürd dilində tədrisin tətbiqi imkanının istisna edildiyini bildirib. Bu barədə "CNN Turk" məlumat verib.
Ərdoğan türk məktəblərində kürd dilində tədrisin tətbiq olunmasını istisna edir

Cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk məktəblərində kürd dilində tədrisin tətbiqi imkanının istisna edildiyini bildirib. Bu barədə "CNN Turk" məlumat verib.

"Türkiyədə rəsmi dil türk dilidir və başqa dil olmayacaq", - partiya görüşündə Türkiyə hökumətinin rəhbəri deyib.

Kürd dilində tədrisin, xüsusən, kürd azlığının kompakt yaşadığı rayonlarda aparılmasının təşəbbüskarı Sülh və Ədalət Partiyası (SƏP) olub.

Ölkədə Türkiyə Konstitusiyasının bəzi bəndlərinə dəyişikliklərin edilməsi üzrə referendumdan sonra, partiya nümayəndələri bu təşəbbüsü "Kürd probleminin demokratik həlli" planının həyata keçirilməsində başlıca addım kimi irəli sürüblər. SƏP üzvləri güman edirlər ki, bu da Kürd İşçi Partiyası separatçılarının Türkiyədə fəaliyyətinin zəiflədilməsində rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti