...

İran və Çin arasında münasibətlər normal inkişaf tendensiyasını qoruyub-saxlayıb – ÇXR Kommunist Partiyasının nümayəndəsi

Dünya xəbərləri Materials 30 Sentyabr 2010 13:03 (UTC +04:00)

Son illər İran və Çinin birgə səyləri sayəsində ölkələr arasında normal inkişaf tendensiyası qorunub-saxlanılıb. Bu barədə ÇXR Kommunist Partiyasının nümayəndəsi Li Çançun İran Prezidenti Mahmud Əhmədinejadla görüşü zamanı bildirib. Xəbəri "Sinxua" agentliyi yayıb.

Li Çançun qeyd edib ki, siyasi qarşılıqlı etimad müntəzəm şəkildə dərinləşir, ticari-iqtisadi əməkdaşlıq fasiləsiz genişlənir, maarif və turizm nəzərəçarpacaq dərəcədə fəallaşır, xalqlar arasında ənənəvi dostluq getdikcə möhkəmlənir.

O əlavə edib ki, Çin tərəfi bütün sahələrdə xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafı üçün şanslardan istifadə etməyə və İran tərəfi ilə birgə səy göstərməyə hazırdır.

Tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparıblar. Li Çançun Çin tərəfinin İranın nüvə probleminin danışıqlar yolu ilə nizamlanmasına tərəfdar olması ilə bağlı mövqeyini bir daha təsdiqləyib, İranın və digər müvafiq tərəflərin bu problemin dialoq və danışıqlar yolu ilə nizamlanması üçün şanslardan istifadə edəcəklərinə və müsbət addımlar atacaqlarına ümidini ifadə edib.

Öz növbəsində Əhmədinejad bildirib ki, İran tərəfi ikitərəfli münasibətlərin inkişafı üzrə gələcək inkişafla bağlı Li Çançunun təklifini dəstəkləyir.

Onun sözlərinə görə, İran və Çin Asiyanın inkişaf etməkdə olan iri ölkələridir, onlar beynəlxalq vəziyyət və qlobal problemlərlə bağlı məsələlərdə, eləcə də oxşar çağırış və şanslar qarşısında durmaqda yaxın mövqelərə malikdirlər.

"İran-Çin dostluq münasibətlərinin inkişafı iki xalqın maraqlarına uyğundur, sülhə və regionun inkişafına xidmət edir", - o bildirib.

Onun sözlərinə görə, İran Çin tərəfi ilə iki ölkə arasında işgüzar əməkdaşlığa kömək etmək və iki ölkənin birgə inkişafını həyata keçirmək üçün Çinlə dostluğun qorunub-saxlanması siyasətini davam etdirəcək.

Eyni zamanda, o qeyd edib ki, İran səylərini nüvə probleminin danışıqlar yolu ilə həllinə doğru yönəldir və Çin tərəfinə bu sahədə göstərdiyi səylərə görə təşəkkürünü bildirir.

Xəbər lenti

Xəbər lenti