...

İran uzaqmənzilli raketlərin sınağına başlayıb

Dünya xəbərləri Materials 16 Noyabr 2010 14:42 (UTC +04:00)

İranda "Vilayət 3" hərbi təlimlərində uzaq məsafəli raketlər sınaqdan keçirilib.

MEHR agentliyinin məlumatına əsasən, noyabrın 15-də gecə saatlarından başlanan hərbi təlimlərdə demək olar ki, bütün qoşun növlərindən (dəniz, hava, quru) hərbçilər iştirak edib.

Hərbi təlim xüsusilə də nüvə obyektlərinin müdafiəsi məqsədi ilə ölkənin bütün ərazisində həyata keçirilir.

Hərbi təlimlərin birinci mərhələsi çərşənbə günü tamamlanacaq və ikinci mərhələ başlayacaq. MEHR agentliyinin məlumatına əsasən, hərbi təlimdə qısa, orta və uzaqməsafəli raketlər "uğurla" sınaqdan keçirilib.

İran İsrail və Şərqi Avropaya çata biləcək 3000 km məsafəni hədəfə alan raketlər istehsal edib. Qərb İranın ballistik raketlərinə qarşı Türkiyə və Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin quraşdırılmasını istəyir. Hazırda NATO-nun Türkiyə ərazisində bu sistemin quraşdırılması müzakirə olunur.

İran iddia edir ki, istehsal etdiyi raketlər ölkənin və regionun təhlükəsizliyinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti