...

Oğrulara İranın məhkəmə sistemi rəhbərindən "edam müjdəsi"

Dünya xəbərləri Materials 8 Dekabr 2010 14:37 (UTC +04:00)
Odlu silahla oğurluğa cəhd edən şəxslər, bir şey oğurlamasalar belə, bir və ya iki il həbsdə yatıb azadlığa buraxılacaqlarını düşünməsinlər.
Oğrulara İranın məhkəmə sistemi rəhbərindən "edam müjdəsi"

Odlu silahla oğurluğa cəhd edən şəxslər, bir şey oğurlamasalar belə, bir və ya iki il həbsdə yatıb azadlığa buraxılacaqlarını düşünməsinlər. Bunu İranın məhkəmə sisteminin rəhbəri ayətullah Sadiq Amuli Laricani deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.

Laricani əlavə edib ki, şəriət qaydalarına görə, odlu silahla oğurluğa cəhd etməyin cəzası edamdır. "Bu kimi cinayətləri törədənlərə bu "müjdə"ni vermək istəyirəm ki, əgər silahlı basqın edərkən heç bir şey oğurlamasalar belə, silahlı soyğunçuluq əməli törətdiklərinə görə onları edam edəcəyik", - o deyib.

Laricani zorlama cinayətlərinə görə həbs olunan şəxslərin də edam olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti