Türkiyənin Hindistandakı səfiri Levent Bilman BMT yanında fəaliyyət göstərən Siyasi planlaşdırma və vasitəçilik fəaliyyəti şöbəsinə başçılıq edəcək. Bu barədə Türkiyənin TRT dövlət telekanalının rus xidməti məlumat verib.
Səfir Bilman bu vəzifəyə baş katib Pan Gi Mun tərəfindən təyin edilib. Türk diplomatı bu vəzifədə təşkilatın siyasi kursunu müəyyən edəcək və toqquşmaların qarşısının alınması, vasitəçilik fəaliyyətinin həyata keçirilməsi, sülhün təmin olunması və digər beynəlxalq məsələlərdə baş katibə məsləhət verəcək.
Türkiyə XİN-in bəyanatında bildirilir ki, bu uğur Türkiyənin beynəlxalq arenada artan nüfuzunun konkret sübutudur.