...

ABŞ Dövlət Departamenti qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəti əleyhinədir

Dünya xəbərləri Materials 18 Dekabr 2010 10:47 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Konqresin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" haqqında mümkün qətnaməsinin qəti əleyhinədir. Bu barədə departamentin rəsmi nümayəndəsi Filip Krouli cümə günü brifinqdə bəyan edib.

Kroulinin sözlərinə görə, ABŞ Türkiyə və Ermənistanın ümumi keçmişinin araşdırılmasının ən yaxşı yolunun iki ölkənin münasibətlərinin normallaşdırılması səylərindən keçdiyinə inanmaqda davam edir.

"Anadolu" agentliyinin məlumatına görə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yaxın 48 saat ərzində bu qanun layihəsini müzakirələrə təqdim edə bilər.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni dəstəkləyib. Sənədin lehinə 23, əleyhinə isə 22 konqresmen səs verib. Komitə tərəfindən qətnamənin təsdiqlənməsi onun Nümayəndələr Palatasının bütün tərkibi tərəfindən baxılmasına yol açır.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915 -ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

Agentliyin diplomatik mənbələrinə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu cümə günü ABŞ dövlət katibi Hillari Klintona zəng edib və Birləşmiş Ştatlar administrasiyasından qanun layihəsinin müzakirəsinə mane olmağı xahiş edib.

Söhbət zamanı Klinton deyib ki, bu məsələdə ABŞ administrasiyasının mövqeyi dəyişməz qalır və sənədin Konqresin Aşağı palatasının gündəliyinə daxil edilməməsi üçün səy göstərəcək.

Bu qanun layihəsinin mümkün müzakirələri ilə bağlı Türkiyənin ABŞ-dakı səfirliyi Ağ ev, Dövlət Departamenti və Konqreslə sıx əlaqə saxlayır.

Xəbər lenti

Xəbər lenti