...

İran ölkəyə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarından barmaq izləri götürəcək

Dünya xəbərləri Materials 2 Mart 2011 13:09 (UTC +04:00)
İran ölkəyə gələn Səudiyyə Ərəbistanı vətəndaşları, o cümlədən futbolçuların barmaq izlərini götürəcək.
İran ölkəyə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarından barmaq izləri götürəcək

İran ölkəyə gələn Səudiyyə Ərəbistanı vətəndaşları, o cümlədən futbolçuların barmaq izlərini götürəcək. Bunu İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali deyib. Bu barədə Trend İranın /jamejamonline.ir/ internet qəzetinə istinadən məlumat verir.

Cəlali bildirib ki, Səudiyyə Ərəbistanı iranlı fotbolçuların barmaq izlərini götürməklə onları təhqir edib.

Səudiyyə Ərəbistanı fevralın sonunda bu ölkəyə təlim-məşq toplanışına getmiş İranın tanınmış "Persepolis" futbol komandasının oyunçularından ölkəyə daxil olarkən barmaq izləri götürüb. "Persepolis" İran çempionatının yüksək liqasındakı 3 böyük Tehran klubundan biridir.

Cəlali Səudiyyə Ərəbistanının iranlılara qarşı bu addımını "pis davranış" adlandırıb və deyib ki, İranın Xarici İşlər Nazirliyi, eləcə də rəsmi şəxslər bu məsələni diqqət mərkəzində saxlayacaqlar.

"İran ərəb dövlətinin bu addımına cavab olaraq, ölkəyə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarından barmaq izləri götürəcək", - Cəlali deyib.

Xəbər lenti

Xəbər lenti