...

FİFA-nın prezidenti korrupsiya ittihamlarından bəraət qazanıb

Dünya xəbərləri Materials 30 May 2011 00:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Beynəlxalq futbol federasiyasının (FİFA) etika üzrə komitəsi FİFA-nın prezidenti Yozef Blatter-ə qarşı korrupsiya ittihamları üzrə araşdırmaya başlamasından imtina edib, bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Beləliklə, Blatter iyunun 1-də baş tutacaq FİFA-nın prezidenti seçkilərində yenidən seçilə bilər. Onun keçmiş rəqibi, isveçrəli Məhəmməd bin Həmmam və təşkilatın vitse-prezidenti Cek Uorner vəzifələrinin icrasından kənarlaşdırılıb.

Araşdırmaya təkan FİFA Məhəmməd bin Həmmamın şikayəti verib.

Şikayətdə FİFA prezidenti korrupsiya ilə bağlı məlumatları araşdırmamaqda suçlanır.

Xəbər lenti

Xəbər lenti