...

"Müsəlman qardaşlar" Ərdoğanı Misirin işlərinə qarışmamağa çağırır

Dünya xəbərləri Materials 14 Sentyabr 2011 12:25 (UTC +04:00)
"Müsəlman qardaşlar" təşkilatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Misirin daxili işlərinə qarışmamağa çağırıb. Trend-in məlumatına görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat verib.
"Müsəlman qardaşlar" Ərdoğanı Misirin işlərinə qarışmamağa çağırır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"Müsəlman qardaşlar" təşkilatı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Misirin daxili işlərinə qarışmamağa çağırıb. Trend-in məlumatına görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat verib.

Bu çağırış Ərdoğanın Misirə dünyəvi konstitusiyanın lazım olması barədə dediklərinə cavab olaraq səsləndirilib.

"Müsəlman qardaşlar" bir ölkədəki siyasi modelin digər ölkədə tətbiqinin qeyri-mümkün olduğunu iddia edirlər.

Çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın "ərəb baharı" ölkələrinə (Misir, Liviya və Tunis) səfəri başlayıb. Səfərdə məqsəd bu dövlətlərdə demokratiyanın qurulmasını dəstəkləmək, eləcə də Yaxın Şərq regionunda strateji tərəfdaşlıq məsələlərini müzakirə etməkdir.

Ərdoğanın səfəri Misirdən başlayıb və burada o, Silahlı Qüvvələr Şurasının rəhbəri Məhəmməd Tantavi və Baş nazir İsam Şəriflə, Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə danışıqlar aparıb.

İyunda Misirin Siyasi Partiyalar Komissiyası bu yaxınlaradək qadağan olunmuş "Müsəlman qardaşlar" hərəkatı tərəfindən yaradılan Azadlıq və Ədalət Partiyasını rəsmən qeydiyyata alıb.

Mübarəkin hakimiyyətdən getməsindən və hakimiyyətin hərbiçilərə verilməsindən sonra "Müsəlman qardaşlar" ölkənin siyasi həyatında əhəmiyyətli rol oynamağa başlayıb. Hərəkat Qahirənin Təhrir meydanında prezidentin istefası ilə nəticələnən xalq etiraz aksiyalarında daim iştirak edən çoxsaylı siyasi qüvvələrdən biridir.

Xəbər lenti

Xəbər lenti