...

Qəddafinin sevimli teleaparıcısı Tripolidə həbsxanada qətlə yetirilib

Dünya xəbərləri Materials 19 Fevral 2012 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend /

Müəmmər Qəddafinin dövründə Liviyada məşhur olan jurnalist və teleaparıcı Qalə əl-Misrati paytaxt Tripoli şəhərindəki həbsxanada qətlə yetirilib. Trend-in məlumatına görə, bub barədə Əl-Ərəbiyyə telekanalı xəbər verir.

Telejurnalistin yaxınlarının dediyinə görə, Qaləni Qəddafi ilə yaxşı münasibətdə olduğu və yeni hakimiyyətə gələnləri qəbul etmədiyinə görə öldürüblər. Telejurnalisit qadın yeni hakimiyyətə qarşı öz kəskin etirazını ifadə edirdi və öldürülmüş polkovnikin qisasını alacağını vurğulayırdı.

Qalə sonuncu dəfə teleekranda ötən ilin 30 dekabr tarixində görünmüşdü. Kadrda o səssiz dayanaraq əlində tarix yazılan vərəq tuturdu. Qadının sifətində çoxsaylı zədələr var idi.

Məlumatda qeyd olunur ki, qətl 17 fevral Liviyada Qəddafi rejiminə qarşı mübarizənin başlamasının 1 illiyinə "həsr olunmuşdu".

Liviya rəsmiləri hələlik hadisəyə şərh vermirlər.

Xəbər lenti

Xəbər lenti