Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir E.Tariverdiyeva, T.Cəfərov/
İranın 11 vətəndaşı İraqın Nasiriyyə məhbəsindən azad edilib. Trend-in məlunatına görə, bu barədə İranın IRIB News agentliyi məlumat verib.
Onlar İraq sərhədini qanunsuz keçdiklərinə görə beş ilə yaxın həbsdə olublar və İran səfirliyinin yardımı ilə azad ediliblər. Keçmiş məhbuslar İran tərəfinə təhvil veriliblər.
İraqda sərhədi qanunsuz keçmək altı il azadlıqdan məhrumetmə ilə cəzalandırılır.