...

Suriyalı üsyançılar hökumət qoşunlarından silah alırlar – müxalifət

Dünya xəbərləri Materials 30 Aprel 2012 11:28 (UTC +04:00)
Suriyanın silahlı müxalifətini nə Türkiyə, nə heç bir ərəb ölkəsi silahla dəstəkləmir. Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən suriyalı müxalifətçilərdən biri deyib.
Suriyalı üsyançılar hökumət qoşunlarından silah alırlar – müxalifət

Türkiyə, Kilis, 30 aprel / Trend, xüsusi müxbir R.Hafizoğlu /

Suriyanın silahlı müxalifətini nə Türkiyə, nə heç bir ərəb ölkəsi silahla dəstəkləmir. Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən suriyalı müxalifətçilərdən biri deyib.

Onun sözlərinə görə, "Azad Suriya Ordusu" malik olduğu bütün silahları hökumət qoşunlarından alır.

"Bizim üçün əsas silah mənbəyi onu bizə satan Suriya ordusudur" - müxalifətçi deyib.

Hazırda Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya Ordusu" ilə hökumət qoşunları arasında BMT-nin və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın planı çərçivəsində atəşkəs mövcuddur.

Xəbər lenti

Xəbər lenti