Azərbaycan, Bakı, 29 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
Bağdadda keçirilən danışıqların gedişində "5 +1" qrupu anlayıb ki, İran özünün dinc nüvə proqramı hüququndan imtina etməyəcək. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib. Trend-in məlumatına görə, xəbəri İRİN agentliyi yayıb.
O qeyd edib ki, İran təzyiqlərə tabe olmayacaq və uranın zənginləşdirilməsindən imtina etməyəcək.
"İranın nüvə fəaliyyəti hüquqlarımız çərçivəsində həyata keçirilir, biz bunu dəqiq dərk edirik. Biz bu sahədə gələcək danışıqlar üçün açığıq", - Mehmanpərəst deyib.
O həmçinin İranın və "altılıq" nümayəndələrinin yaxın vaxtlarda öz mövqelərini yaxınlaşdıracaqlarına ümidini ifadə edib.
Mayın 23-də İran Böyük Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniyanın timsalında "5 +1" qrupu Bağdadda İranın nüvə proqramına dair danışıqlar aparıblar.