...

İran başlanılan layihələrin yekunlaşdırılmasına 94 milyard dollar ayırır

Dünya xəbərləri Materials 4 Yanvar 2013 12:52 (UTC +04:00)
İran hökuməti başlanılan milli layihələrin yekunlaşdırılmasına 1150 trilyon rial (təqribən 94 milyard dollar) ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimiyə istinadən xəbər verir.
İran başlanılan layihələrin yekunlaşdırılmasına 94 milyard dollar ayırır

Azərbaycan, Bakı, 4 yanvar/Trend, müxbirlər F. Miladi, Y. Kosolapova/

İran hökuməti başlanılan milli layihələrin yekunlaşdırılmasına 1150 trilyon rial (təqribən 94 milyard dollar) ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimiyə istinadən xəbər verir.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi 2012-ci ilin dekabr ayında 40 trilyon rial (təqribən 3,3 milyard dollar) inveastisiya qoymaq yolu ilə daha əvvəl başlanılan 2000 layihənin başa çatdırılması barədə məlumat vermişdi.

"İnvestisiyaların ən böyük həcmi İsfahan, Xorasan, Rəzəvi və Tehran əyalətlərinin payına düşüb. Bu əyalətlərdə 10 minə yaxın iş yeri yaradılıb" , - məlumatda deyilir.

İran hökuməti və parlamenti Milli İnkişaf Fondu və neft ixrcaatındfan əldə edilən gəlirlər vasitəsilə istehsalat sektorundakı layihələri maliyyələşdirməyə razı olub.

Qeyd edək ki, Milli İnkişaf Fondu kənd təsərrüfatı və sənaye müəssisələrinə 3 milyard dollar məbləğində kredit ayırıb. Bu barədə Fondun sədr müavini Məhəmməd Hüseyn Qasım 2012-ci ilin sentyabrında bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti