...

İran televiziyası MKİ casuslarının tutulması haqqında sənədli film nümayiş etdirib

Dünya xəbərləri Materials 17 Yanvar 2013 12:17 (UTC +04:00)
Bu yaxınlarda İran televiziyası İranın xüsusi xidmət orqanlarının ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casusunu aşkar edərək ələ keçirdikləri "Ovçu tələdə" adlı sənədli filmi nümayiş etdirib.
İran televiziyası MKİ casuslarının tutulması haqqında sənədli film nümayiş etdirib

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov /

Bu yaxınlarda İran televiziyası İranın xüsusi xidmət orqanlarının ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casusunu aşkar edərək ələ keçirdikləri "Ovçu tələdə" adlı sənədli filmi nümayiş etdirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gənc Jurnalistlər Klubunun saytı xəbər verir.

Filmdə özünü Metyu Valuk adlandıran şəxs MKİ-nin əməliyyatlarının necə aparıldığını təsvir edir.

Onun sözlərinə görə, 2008-ci ildə o, Sloveniyada elm, biotexnologiyalar, İT və başqa sahələrdə saxta iş yerlərini təklif edən sayt yaradır.

Bir neçə iranlının təkliflə maraqlanmasından sonra onların adları və başqa məxfi məlumatlar guya MKİ-yə göndərilir.

Filmdə guya MKİ-nin İranda gizli casusu olan altı nəfər də iştirak edir.

Saxlanılan şəxslər filmdə öz missiyaları haqqında danışırlar.
2011-ci ildə İran KİV-i Tehranda 12 MKİ casusunun həbs edildiyini xəbər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti