...

Ermənistan MDB ölkələri arasında gənclərin işsizliyi üzrə liderdir

Dünya xəbərləri Materials 23 Yanvar 2013 10:18 (UTC +04:00)
Gənclərin işsizliyi ilə bağlı MDB ölkələri arasında ən mürəkkəb vəziyyət Ermənistandadır.
Ermənistan MDB ölkələri arasında gənclərin işsizliyi üzrə liderdir

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Gənclərin işsizliyi ilə bağlı MDB ölkələri arasında ən mürəkkəb vəziyyət Ermənistandadır. Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərinin hazırladıqları məruzədə deyilir.

BƏT qiymətləndirmələri üzrə ümumilikdə 2017-ci ilədək MDB-də oğlanlar arasında işsizliyin səviyyəsi 17,3 faiz, qızlar arasında isə 17,7 faiz təşkil edəcək.

Ermənistanda gənclər arasında işsizliyin səviyyəsi 39,1 faizdir.

Ümumilikdə işsizliklə bağlı məlumatlara gəldikdə, MDB-də bu göstərici 2009-cu ildəki rekord 10,1 faizdən 2012-ci ildə 8,2 faizədək azalıb. Onun 2017-ci ilədək 7,9 faiz təşkil edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti