Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/
İranın müdafiə naziri Əhməd Vəhidi İsrailin ünvanına hədələyici bəyanat səsləndirilib. Bu barədə Trend çərşənbə axşamı ISNA agentliyinə istinadən məlumat verir.
"Ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Həsən Şaterinin öldürülməsinə cavab olaraq qisas almaq hüququ var", - Vəhidi qeyd edib.
Onun sözlərinə görə, ölən general "Sepah"ın mənzil-qərargahının yenidən qurulması üzrə işlərə başlçılıq edirmiş.