Azərbaycan, Bakı, 1 mart /Trend, müxbirlər T. Cəfərov, E.Tariverdiyeva/
Bir müddət əvvəl Qazaxıstanda keçirilən nüvə proqramı ilə bağlı danışıqlarda "altılıq" ölkələri ilk dəfə ümumi təkliflərdən kənara çıxıb. Trend-in məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin köməkçisi Səid Cəlili Əli Bağıri "Fars" agentliyinə açıqlamasında bildirib.
"Digər görüşlərdən fərqli olaraq, bu görüşdə tərəflərin mövqeyi Moskvada danışıqlar zamanı edilmiş təkliflərə bir qədər yaxınlaşıb və indi bizim mövqelərimiz bir-birinə daha yaxındır", - Bagıri bildirib.
Bağırinin sözlərinə görə, İran bundan sonra "altlıq" ölkələrinə bərabər səviyyədə güzəştə gedəcək.