...

Mi-8 helikopteri Xabarovskda qəzaya uğrayıb

Dünya xəbərləri Materials 15 Mart 2013 12:58 (UTC +04:00)
Mi-8 helikopteri Xabaroskda havaya qalxarkən qəzaya uğrayıb,ölən və zərərçəkənlər barədə məlumat verilmir.
Mi-8 helikopteri Xabarovskda qəzaya uğrayıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Mi-8 helikopteri Xabaroskda havaya qalxarkən qəzaya uğrayıb, ölən və zərərçəkənlər barədə məlumat verilmir. Hazırda hərbi hissədə müstəntiqlər araşdırma aparırlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiya Federasiyasının İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə istinadən "İnterfaks" xəbər verir.

"İlkin məlumatlara görə, martın 14-də saat 16:04 radələrində "Xabarosk-Sentralnıy" hava limanında uçuşdan öncə Mi-8 sistemlərinin yoxlanması zamanı helokopter gözlənilmədən yana əyilib və onun vintlərinin yerə toxunması nəticəsində maşının aparıcı pərləri sıradan çıxıb, idarəedici vint sıradan çıxıb", məlumatda qeyd olunub.

Hazırda hərbi hissədən sənədlər götürülüb. Müstəntiqlər hazırda helikopterin ekipajından və texniki heyətdən ifadə alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti