Azərbaycan, Bakı, 18 may / Trend, müxbir E. Tariverdiyeva/
İranda prezidentliyə namizəd, Tehranın meri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, insanların şüuruna sakitçiliyi və sabitliyi qaytara bilər. Bu barədə Trend şənbə günü İranın "Entekhab" qəzetinə istinadən məlumat verir.
Gilan əyalətinin Rəşt şəhərində çıxış edən Qalibaf deyib ki, insanlar namizədin plan və proqramlarına deyil, onun uğurlarından çıxış edərək yeni prezidenti seçməlidirlər.
O bəyan edib ki, təsərrüfatsızlıq ölkədə aqrar sahədəki problemlərin yeganə səbəbidir. Mer əlavə edib ki, administrasiyanın qeyri-düzgün siyasəti gənclər arasında işsizliyin yüksək səviyyəyə çatmasına gətirib çıxarıb.
Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.