...

İranda HHM üzrə yeni sistemin istehsalı zavodu açılıb

Dünya xəbərləri Materials 20 May 2013 13:13 (UTC +04:00)
İranda bazar ertəsi Hava Hücumundan Müdafiə (HHM) üzrə yeni sistemin istehsalı zavodunun açılışı olub.
İranda HHM üzrə yeni sistemin istehsalı zavodu açılıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İranda bazar ertəsi Hava Hücumundan Müdafiə (HHM) üzrə yeni sistemin istehsalı zavodunun açılışı olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İRNA" agentliyi xəbər yayıb.

Açılış mərasimində ölkənin müdafiə naziri Əhməd Vahidi iştirak edib.

Onun sözlərinə görə, "Herz 9" adlı yeni yerli
sistemin istehsalı davamlı olacaq:

"O, kiçik hündürlükdə hədəfləri avtomatik aşkar etmək bacarığına malikdir və mobildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti