Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
BMT Təhlükəsizlik Şurasının beş daimi üzv ölkələrinin diplomatları çərşənbə günü Fransanın təklif etdiyi Suriya ilə bağlı qətnamə layihəsini müzakirə edəcəklər. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə ümumdünya təşkilatının qərargahındakı diplomatik mənbələr bildiriblər.
"Belə görüş bu gün Nyu-Yorkda planlaşdırılıb," - mənbələrdən biri deyib.
"Beşlik, xüsusilə Fransanın Suriya üzrə qətnamə layihəsini müzakirə edəcək," - digər mənbə məlumat verib.
Dünən Fransa ikitərəfli əsasda Suriya hökumətindən ultimativ şəkildə kimyəvi silahlara beynəlxalq nəzarətin təklifi ilə tələb etmə təklifi olan qətnamə layihəsinin müzakirəsinə başlayıb. Bununla belə qətnamə layihəsində Suriya hökuməti kimyəvi silahların tətbiqində ittiham olunur, halbuki, BMT-nin xüsusi ekspertlər qrupu avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahın tətbiqi barədə nəticələri hələlik təqdim etməyib.
Cenevrədə RF XİN rəhbəri Sergey Lavrovun və ABŞ dövlət katibi Con Kerri ilə Suriyadakı vəziyyəti müzakirə edilməsi üçün cümə axşamı görüşü nəzərdə tutulub.