Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
ABŞ mövqeyini dəyişməyib - Vaşinqton Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinə çalışacaq. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki çərşənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, dövlət katibi Con Kerrinin RF XİN rəhbəri Sergey Lavrovla Cenevrədə cümə axşamı keçirdiyi məsləhətləşmələr zamanı Əsədin Suriyada hakimiyyətdə qalması barədə məsələnin qaldırılması nəzərdə tutulmur:
"Mən düşünmürəm ki, biz belə bir məsələyə baxmayacağıq... Söhbət kimyəvi silahların (Suriyadan) çıxarılması barədə olacaq".
Bununla yanaşı, onun sözlərinə görə, ABŞ Suriyadakı münaqişənin hökumət və müxalifətin iştirakı ilə diplomatik yolla həll olunmasının zəruriliyini tanıyır.