Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Cümə axşamı Rusiyada miqrasiya qanunvericiliyinin müxtəlif pozuntularına görə saxlanılan qeyri-leqal miqrantların bir hissəsi məcburi olaraq vətənlərinə yola salınır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə RF Məhkəmə İcraçıları Federal Xidmətinin (MİFX) paytaxt idarəsindən bildiriblər.
Məlumatda deyilir: "Bu gün yeddi nəfər məhkəmənin qərarı ilə Rusiyadan çıxarılacaq. Çıxarılma MİFX-nin Moskva İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək".