...

Vəkil: Orxan Zeynalov qətldə günahını qismən etiraf edib

Dünya xəbərləri Materials 1 Noyabr 2013 13:56 (UTC +04:00)
Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə günahkarlandıran orxan Zeynalov qismən təqsirkar olduğunu etiraf edib.
Vəkil: Orxan Zeynalov qətldə günahını qismən etiraf edib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə günahlandırılan Orxan Zeynalov qismən təqsirkar olduğunu etiraf edib. Trend-in məlumatına görə, bu barədə Orxan Zeynalovun vəkili Viktor Anikuşkin Rusiya Hüquq və Məhkəmə İnformasiya Agentliyinə məlumat verib.

Vəkil bildirib: "Hüquqlarını müdafiə etdiyim Orxan Zeynalov bunu qətl hesab etmir, o, özünü müdafiə edib".

V. Anikuşkin qeyd edib ki, hər şey söz davasından başlayıb: "Bu zaman Şerbakov Zeynalovu təxribata çəkib, bundan sonra zərbələr endirilib".

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti