Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Kirman əyalətinin Ciruft şəhər həbsxanasında 5 nəfər edam olunub. Bu barədə Trend İranın "asriran" xəbər saytına istinadən məlumat verir.
Məlumata əsasən, edam olunan şəxslər narkotik maddələrin daşınması, istifadəsi və satışında ittiham edilərək edama məhkum olunublar.
Xarici KİV-in məlumatına əsasən, son 10 ay ərzində İranda 599 nəfər edam olunub ki, onların əksəriyyəti narkotik maddələrin daşınması, istifadəsi və satışında ittiham edilənlərdir.