...

Müxalifət: 2014-cü ildə Ermənistanda hakimiyyət dəyişikliyi üçün bütün ilkin şərtlər var

Dünya xəbərləri Materials 7 Yanvar 2014 11:26 (UTC +04:00)
"Erməni Milli Konqresi" parlament fraksiyasının katibi Aram Manukyan hesab edir ki, həm xarici, həm daxili amillər, qəzəb və mühacirət 2014-cü ildə Ermənistanda hakimiyyətin dəyişməsi prosesini sürətləndirir.
Müxalifət: 2014-cü ildə Ermənistanda hakimiyyət dəyişikliyi üçün bütün ilkin şərtlər var

Azərbaycan, Bakı, 7 yanvar / Trend/

"Erməni Milli Konqresi" parlament fraksiyasının katibi Aram Manukyan hesab edir ki, həm xarici, həm daxili amillər, qəzəb və mühacirət 2014-cü ildə Ermənistanda hakimiyyətin dəyişməsi prosesini sürətləndirir. Trend-in məlumatına görə, bu barədə Тert.am xəbər verir.

"Hadisələr kifayət qədər sürətlə inkişaf edəcək, ölkə daxilində hər şey artıq başlamış proseslərin inkişafı üçün hazırdır" deyən A.Manukyan qeyd edib ki, xarici ilkin şərtlər var: "Xarici təzyiqlərin sayı qrtır: avropalılar sadəcə olaraq ölkəmizdə fəaliyyət göstərən hakimiyyəti tanımırlar, onların dediklərinin hamısı ikiüzlülükdür. Ruslar isə öz "strateji tərəfdaşlarından" məyus olublar ki, bu da qəzəbə səbəb olur. İranla bağlı qalmaqal, üstəgəl reallaşan ciddi proseslər, eləcə də Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə və misli görünməmiş proqramlar fonunda Ermənistan getdikcə uğursuzların sırasına daxil olur. Bu vəziyyət nə daxili, nə də xarici qüvvələr üçün sərfəli deyil, çünki bu ərazi maraqların toqquşduğu nöqtədir. Rusiya isə öz növbəsində ölkəmizin ərazisinin parçalanmasına yol vermir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti