...

Kiyevdə kütləvi iğtişaşlar zamanı 31 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 21 Yanvar 2014 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Milis Kiyevin mərkəzində keçirilən kütləvi iğtişaşlar zamanı 31 nəfəri saxlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "İnterfaks" Ukrayna DİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Milisin məlumatına görə, saxlanılanlar şəhərin müxtəlif polis idarələrinə aparılıblar.

Hazırda hüquq müdafiəçiləri onların hər birinin bu hüquq pozuntusunun törədilməsində rolunu müəyyənləşdirirlər.

DİN-dən dəqiqləşdiriblər ki, doqquz nəfər kütləvi iğtişaşlar maddəsi üzrə əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti