Azərbaycan, Bakı, 22 yanvar /Trend/
"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatı 2013-cü ildə Ermənistanda insan haqlarının pozulması halları və problemli sahələr barədə hesabat dərc edib.
Trend-in çərşənbə günü Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, ölkədə keçirilmiş prezident və Yerevan Ağsaqqallar Şurası seçkilərində seçicilərin səsi pulla alınıb, saxtakarlıqlara yol verilib, inzibati resurslardan istifadə olunub.
Hesabatda bildirilir ki, "Qadın resurs mərkəzi" ictimai təşkilatı milli qruplar tərəfdən hədələrə məruz qalıb: "Mərkəzin partladılacağı və nümayəndələrinin boğazlarının kəsiləcəyi ilə bağlı hədələr olub. Polis isə hələ də bu faktla əlaqədar araşdırmaya başlamayıb".
Hesabata əsasən, Ermənistan televiziya kanallarında fikir plüralizmi çatışmır: "Belə ki, 13 TV kanalınının yalnız birində siyasi tok-şou yayımlanır".